Ordu.az xəbər verir ki, bu sözləri Ermənistan İnformasiya təhlükəsizliyinin eskperti Samvel Martirosyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın adından NATO rəhbərliyinə guya saxta məktub göndərilib.
“Diqqət. Şəbəkədə növbəti feyk yayılır. Baş nazirin adından NATO rəhbərliyinə saxta məktub göndərilib, yoxsa NATO ilə daha yaxın əlaqələr qurmaq istəyirik. Lakin anlayırıq ki, Qarabağ problemdir, bunun üçün bir il ərzində qoşunları oradan çıxaracağıq. Müəllif kimdir. Hələ ki, əsas şübhəlilərdən başqa ciddi sübutlar yoxdur”, - deyə Martirosyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az